banner
banner

Şou

“Qızlar Doğuşu çox sevir...”- Xoşqədəm Hidayətqızı

“Qızlar Doğuşu çox sevir...”-

Doğuş: “Mən Xoşqədəm xanımı ayağının ucundan saçının telinədək çox sevirəm”

Azərbaycanın tanınmış televiziya aparıcısı, “Sən tək deyilsən” telelayihəsinin müəllifi və sunucusu Xoşqədəm Hidayətqızı və ömür-gün yoldaşı, Türkiyənin tanınmış pop ulduzu Doğuş (Orhan Baltaçı) “Yeni Müsavat”a müsahibə veriblər. 
 
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun da iştirak etdiyi yeməkli söhbətdə maraqlı nüanslara toxunulub, hər kəsin marağına səbəb olacaq məsələlərdən danışılıb.
Cia.az həmin müsahibəni təqdim edir: 
- "Üç nöqtə"nin redaktoru, televiziya aparıcısı və həyat yoldaşı olmaq çətin deyil?
- Əlbəttə, çox çətindir. Əvvəllər “Səni axtarıram” həftədə bir dəfə yayımlanırdısa, indi  həftəiçi hər gün canlı efirdəyəm. Bir çox şeylər var ki, onlara vaxt ayıra bilmirəm. Buna görə bəzi işlərimə bu yaxınlarda yenidən baxacam.

“Bundan əvvəl də verilişlərdə huşumu itirmişdim”

- Bugünlərdə canlı yayımda huşunuzu itirdiz. Yorğunluğun təzahürü idi, yoxsa?..
 
- Əslində əvvəllər də “Səni axtarıram” verilişində bu cür hallar tez-tez baş verirdi, bunu verilişdə iştirak edən ekspertlər və tamaşaçılar da təsdiqləyə bilər. Olub ki, veriliş zamanı bacımın övladının ölüm xəbərini almşam və mən o zaman huşumu itirmişdim. Lakin verilişi hazırlayarkən  o yeri montajda sildik. Yəni bu cür olayların efirdə yayımlanmasına  icazə vermirdim.  
 
 
Canlı efirdə isə bunları tənzimləmək mümkün deyil. Bu, yorğunluqdan daha çox keçirdiyim stressin nəticəsi idi. Hətta həmin gün səfərə çıxmalı idim, lakin həkimlər buna icazə vermədi. Depressiya, qalmaqallar məni çox üzmüşdü. 

“İlk aylardaca övladımı itirdim”

- Depressiyanın səbəbi nə idi?
 
- Doğuşla hər ikimiz uşaq arzusunda idik. Lakin ilk aylardaca, yəni yazın əvvəllərində uşağımı itirdim və bu mənə çox pis təsir etdi. Üstəlik, bir ilə yaxındır ki, sağlamlığımda demək istəmədiyim problemlər yaranıb ki, buna görə də tez-tez həkim nəzarətindən keçirəm.
 
- Bir verilişinizdə məlum oldu ki,  varlığından xəbərsiz qardaşınız var.
 
- Ondan danışmayın (gülür). Buna görə evimizdə aləm dəydi bir-birinə. Özümə söz vermişəm ki, bu məsələni sonunadək araşdırım. Hətta atam buna görə məndən küsüb.
 
 
Doğuş: “Mən Xoşqədəm xanımı ayağının ucundan saçının telinədək çox sevirəm”
 
Doğuş: - Mən Xoşqədəm xanımı ayağının ucundan saçının telinədək çox sevirəm. Onun hər bir özəlliyi mənim üçün çox əzizdir. O, mənim üçün dünyada ən gözəl xanımdır. 

- Veriliş yenə də əvvəlki komandanın üzərində qurulub?
 
X.Hidayətqızı: - Bəli, yalnız iki yeni kadr əlavə olunub ki, onlar da çox işgüzar insanlardır. 
 
- Canlı yayım verilişə nələr verdi?
 
- Çox şey. Canlı efir mənim üçün çox rahatdır.

- Bəs niyə əvvəldən verilişin canlı olmasını istəmədiz?
 
- İki il bunu arzuladım, lakin nəsə alınmırdı. ANS kanalına dəvət alanda bu istəyimi təklif etdim və televiziyanın rəhbərliyi anındaca, fikirləşmədən qəbul etdi. Hətta bazar günü üçün də efirə çıxacam. Bu barədə möhtəşəm layihəmiz artıq hazırdır. 
 
- Lakin kənardan baxanda sanki auditoriya canlı efirə hazır deyil kimi təsir bağışlayır. 
 
- Deməzdim bu belədir. Arada texniki problemlər olur, lakin bu, canlı yayım üçün gözləniləndir. 
 
Doğuş: - Canlı yayıma keçməsi mənim çox işimə yarayıb yəni, əvvəlki halına baxanda, indi çox yorulmur. 
 

- Layihənizdə gündəmi “partlada” biləcək yenilik olacaqmı?
 
- Var. Lakin hələ bu barədə danışmayacam. Elə bir olay gözlənilir ki, uzun müddət medianın müzakirəsində qalacaq. 
 
- Keçmiş iş yerinizlə bağlı konfilikt hələ də yerindədirmi?
 
- Xeyr. 
 
- Bəs qarşı tərəf bu verilişdən sonra boşluğu necə doldurdu?
 
- Bu barədə az da olsa düşünmürəm. Yalnız işlərimlə məşğulam. İşim o qədər çoxdur ki, Doğuşa vaxt ayıra bilmirəm. Lakin o, çətin anlarımda məni tək qoymadı, əksinə, hər zaman dəstək oldu. Buna görə Doğuşa təşəkkür edirəm. Olurdu ki, səhər saatlarından evdən çıxırdım və bir də gecə yarısı evə qayıtmalı olurdum. Lakin hər birində Doğuş məni qarşıladı, yanımda oldu. 
 
- Doğuş bəy, bu barədə şikayətçisinizmi?
 
- Şikayətçiyəm. 
 
X.Hidayətqızı: - Efir vasitəsilə artıq bunu bildirib (gülür).
 
Doğuş: - Lakin bir tərəfdən də onunla qürur duyuram. Çünki neçə-neçə insanlara, ailələrə yardım edir. 
 
- Doğuş bəy, ATV kanalından ayrılan xanımınıza həmin periodda necə dəstək olduz?
 
X.Hidayətqızı: - İlk vaxtlardaca gəlib bildirdi ki, Türkiyənin çox nüfuzlu kanallarının birindən dəvət var. Birlikdə Türkiyəyə yollandıq, həmin kanalın rəhbərliyi ilə görüşdük. Eyni layihə, eyni veriliş təklifi idi. İlkin vaxtlar üçün də kifayət qədər çox məvacib təklif olunurdu. Lakin sonda qəbul etmədim. 
 
Mən bildirəndə ki, verilişin çox yükünü özüm çəkirəm, türkiyəlilər buna məəttəl qaldılar. Çünki oranın aparıcıları verilişi təqdim etdikdən sonra çıxıb gedirlər. Bizdə isə yaxşı veriliş əldə etmək üçün gərəkdir ki, həm rejissorun, həm operatorun, həm montajçının və digər şəxslərin işinə də nəzarət edəsən. Lakin buna baxmayaraq başqa ölkələrdə aparıcı bizdən daha çox məvacib alır. 
 
Xoşbəxt insanam ona görə ki, mən mətbuata akademiya hesab etdiyim yazılı mətbuatdan gəlmişəm. Yazılı mətbuatda süpürgəçi işləyən insan belə çox zaman efirdəkilərdən daha savadlı olur. Çox zaman bəzi aparıcıları görürəm və öz-özümə bu sual verirəm: “İlahi, necə olur ki, bu səviyyədə olan insan efirə çıxa bilir?” Hansı ki, onların heç bir söz ehtiyatı yoxdur və bir dənə olsun bu günəcən bədii kitab oxumayıb, mütaliədən tamamilə uzaqdırlar. 
İtaliyada nikah...
 
 
- Azərbaycanı tərk etməli olsaz, gedəcəyiniz yer təkcə Türkiyədirmi?
 
Doğuş: - İki ölkəni nəzərdə tutmuşuq -Türkiyə və İtaliya.
 
- Niyə İtaliya?
 
Doğuş: - Çünki biz eşq insanlarıyıq (gülür).
 
X.Hidayətqızı: - İkimiz də İtaliyanı çox sevirik. Hətta nikahımızı İtaliyada etmək fikrimiz var idi. Lakin mən Azərbaycan, Doğuş Türkiyə vətəndaşı olduğuna görə Türk konsulluğu bizim nikahımızı orda kəsə bilmədi. Əslində mümkün idi, lakin bu uzun çəkən proses olacaqdı. Buna görə də İtaliyada nikah arzumuz baş tutmadı. 

“Verilişim ATV-ni öz çiyinlərində saxlayırdı”

- Xoşqədəm xanım, yeni kollektivlə münasibətlər necədir? 
 
- İlk dəfə bu layihəmi 6 il bundan öncə ANS-ə təqdim etmişdim. Lakin zamanında bu iş alınmadı. Səbəb isə sponsor problemi idi. Sonra ATV-nin keçmiş rəhbərliyi məni studiyaya dəvət etdi. 3 aya peşəkar kimi özümü təsdiq etdim və tez bir zamanda verilişim reytinqdə 2-ci yeri aldı, daha sonra isə 5 il birincilikdən enmədi. 
 
Lakin mən ATV-ni tərk etdikdən sonra gözlənilirdi ki, veriliş ətrafında ajiotaj yarandığından milyonların gözü efirə zillənəcək ki, “görəsən, bundan sonra veriliş necə olacaq”. Yəni verilişə baxanların sayı çox olmalı idi. Lakin hər kəsə məlumdur ki, reytinq tamamilə aşağı düşüb.
Mənim fəaliyyət göstərdiyim vaxtda verilişim ATV-ni öz çiyinlərində saxlayırdı. Hər kəs mənim verilişimi izləyirdi və 16-17 faiz digər verilişlərdən reytinq barəsində öndə idi. Bu vaxt ərzində xeyli uğurlara imza atdım, Əfqanıstan, Suriya kimi ölkələrdə axtarışlarımı yekunlaşdırdım.
 
 

“Yuvarlanan daş mamır tutmaz”

- Bəs sonra nə baş verdi?
 
- Bu barədə artıq danışmaq istəmirəm. Mən bu gün öz evimdə, yəni ANS-dəyəm. Bu anda çox sevdiyim bir kəlamı demək istəyirəm-"Yuvarlanan daş mamır tutmaz".
 
- Sizə qarşı tez-tez tənqidlər yazırlar, onları oxuyursunuzmu?
 
- Heç vaxt mənə qarşı yazılan tənqidləri oxumuram. 
 
- Niyə?
 
- Çünki əminəm ki, haqlı deyillər. Əvvəllər oxuyurdum. Lakin indi başlığa baxan kimi anlayıram ki, yazı başdan-ayağa qərəzli və məqsədlidir. Bu cür yazını oxuyub niyə əhvalımı korlamalıyam ki?
 
- Bəlkə  o yazılarda hansısa faydalı məqamlar var?
 
- Yox, deməzdim. Mənim tənqidçim bacım və yaxınlarımdır, ən böyük tənqidçim isə Doğuşdur.
 
- Doğuş bəy daha çox nəyi tənqid edir?
 
- Daha çox verilişlə bağlı olur. Bəzən olub ki, veriliş zamanı özümü saxlaya bilməyib haqsızlığa görə kiminsə üzərinə gedirəm, xasiyyətcə çılğın olduğumdan  emosional davranıram. Evə gedəndə Doğuş bəy bu məsələyə toxunur, mənə bildirir ki, belə hallarda neytral qalmağı bacarım. 


“Ömrüm ağlamaqla keçib...”

- Layihənizdə sanki ağlaşma, göz  yaşı çoxdur. Bu nədən irəli gəlir, xalqımızın xüsusiyyətindən yoxsa?..
 
Doğuş: - Özümüzü o insanların yerinə qoyanda görürük ki, haqlıdırlar. Ən yaxın qohumunu itirəsən, 20 ildən sonra ona qovuşasan və emosional olmayasan, bu mümkün deyil. O insanların ağlamasını görəndə özümü saxlaya bilməyib mən də ağlayıram.
 
X. Hidayətqızı: - Bir dəfə Doğuş özünə söz verdi ki, efirə çıxanda ağlamayacaq. Deyirdi ki, onsuz da ömrüm ağlamaqla keçib, bu verilişdə özümü saxlayacam. Veriliş zamanı hiss etdim ki, Doğuş çox tutulub, özünü ağlamaqdan güclə tutub saxlasa da gözləri dolmuşdu. 
 
- Verilişdən bezdiyiniz anlar olubmu?
 
- Çox olub, dəfələrlə hər şeyi atıb getmək istəmişəm. Lakin hər dəfə yaxınlarını itirən, gözü yaşlı insanlar qarşımı kəsib. Mən onları yarı yolda qoya bilməzdim. Bu verilişə mən canımı vermişəm, xeyli əmək qoyub, zəhmət çəkmişəm. Bunları bir anda silib ata, özüm-özümə bu cür haqsızlığı rəva görə bilmərəm.

“Malimben..."

- Doğuş bəy, ancaq Xoşqədəm xanımdan danışırıq. Bəs sizin yaradıcılığınızda nə kimi yeniliklər var?
 
- Yeni albomum bu yaxınlarda işıq üzü görəcək. Rejissoru olduğum lazca “Malimben” adlı (türk dilinə tərcümdə “Səni sevirəm”) sinema filmi çəkirəm.  Artıq demək olar ki, hazırdır. 
 
- Sinemada kimlər rol alıb?
 
- Hələ ki bu barədə bir söz demək istəmirəm, lakin bildirim ki, sinemada ekranlardan tanıdığınız  tanış simaları görə biləcəksiz. 
 
- Albomunuzda nələr olacaq?
 
- Hər biri yeni mahnılardır. Əslində uzun zaman idi ki, albom çıxartmırdım, inanıram ki, fanatlarım yeni mahnılarım üçün çox darıxıb. 
 

“Fanatlarım üçün böyük sürpriz var”

 
- Yeni albomda Azərbaycan elementləri, mahnıları olacaqmı?
 
- Bəli, bu barədə hazırlıqlar gedir. Fanatlarıma bildirim ki, onlara böyük bir sürprizim var. Belə ki, dünya şöhrətli Alim Qasımovla iş birliyimiz həyata keçməlidir. Hətta Alim bəy belə layihənin dəqiq nədən ibarət olduğunu bilmir. İnşallah, tezliklə layihə üzərində iş gedəcək. Alim Qasımov mənim üçün ən böyük sənətçidir. 
 
- Azərbaycan şou-biznesinə qatılmaq istəmisinizmi?
 
- Qətiyyən yox. 
 
X.Hidayətqızı: - Əslində bir neçə dəfə toylara dəvət aldı. Lakin qəbul etmədi. Yaxın dostlarımızın toy və tədbirlərində iştirak edir, sifarişli  toyları isə yaxına qoymur. 
Doğuş: - Mənim konsertlərimdə 70-80 min insan kütləsi iştirak edir. Mən indi adi toya necə gedim? 
X.Hidayətqızı: - Yaxşı da pul təklif edilir, məsələn, bu yaxınlarda 20 000 avro təklif olundu, lakin getmək istəmir. Məndən olsa razılaşardı (gülür).
Doğuş: (üzünü X.Hidayətqızına tutub) - Həyatım, bu cür ən azı 15 təklif gəldi, sənə qalsa hamısına getməyimi istəyirdin (gülür).
X.Hidayətqızı: - Bir dəfə Türkiyədə Doğuş bəyin konsertlərinin birində idim. Minlərlə insanların Doğuşun sənətinə olan sevgisinin şahidi oldum. Qızlar hər vəchlə çalışırdılar ki, qaçıb Doğuşa sarılıb, onu öpsünlər. Hamısı da gənc və gözəl qızlar idi. O zaman anladım ki, ünlü bir sənətçinin xanımı olmaq çox çətindir. Ürəyimdə fikirləşdim ki, “Ay Allah, mən bunlara necə dözəcəm”. Bir də gördüm ki, hansısa xanım Doğuşa gül verdi. Bu anda artıq qısqanclığımın son həddi oldu. Özümü ağlamaqdan güclə saxladım. Deyəsən, Doğuş da uzaqdan bunu hiss etdi, həmin gülü səhnədəcə mənə atdı. Bəli, qızlar Doğuşu çox sevir...
 
ardı var...
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.