banner
banner

Sosİal

Əhali üçün həyəcan təbili - Oktyabrın 8-dən başlayıb

Əhali üçün həyəcan təbili - Oktyabrın 8-dən başlayıb

Azərbaycanda hava şəraiti son günlər payız fəslinə uyğun keçir. Havalar gah həddindən artıq isti olur, gah da temperatur kəskin şəkildə aşağı düşür. Bu isə insan orqanizminə, xüsusilə də immun sisteminə təsirsiz ötüşmür.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan həkim, terapevt Şahvələd Məmmədov bildirib ki, belə hava şəraiti insan orqanizminin qış şəraitinə keçidini və uyğunlaşmasını ləngidir və immun sistemini zəiflədir.

Onun sözlərinə görə, bu dövrdə ən çox rast gəlinən hallar respirator və tənəffüs yolu xəstəlikləridir:

“Virus infeksiyaları, xüsusilə də qrip və paraqrip immuniteti zəif olan insanlarda daha ciddi fəsadlara yol aça bilər. Məhz bu səbəbdən oktyabrın 8-dən dövlət proqramı üzrə qrip əleyhinə vaksinlərin vurulmasına başlanılıb. Qrip əleyhinə vaksinlər əsasən 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəlikləri olanlara, hamilələrə və 5 yaşadək uşaqlara tövsiyə olunur”.

Ş.Məmmədov onu da vurğulayıb ki, qrip əleyhinə peyvənd vurdurmaq xəstəliyin ağır keçməsinin qarşısını alır və qarşıdan gələn mövsümi virus infeksiyalarına qarşı qorunmanı təmin edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.