Gürcüstan hazırda həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvilini Ukraynaya ekstradisiya etmək niyyətində deyil.
Cia.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze danışıb.
Onun sözlərinə görə, Saakaşvili heç bir halda vətəndaşı olduğu Ukraynaya verilməyəcək.
Kobaxidze bununla Ukrayna liderinin ofisinin müşaviri Mixail Podolyakın Gürcüstanın “TV Pirveli” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirləri şərh edib. Podolyak bildirmişdi ki, Ukrayna Gürcüstan rəhbərliyinə müraciət edərək Saakaşvilinin müalicə almaq üçün ya Ukraynaya, yaxud da üçüncü bir ölkəyə aparılmasını xahiş edib.
Xatırladaq ki, 57 yaşlı M.Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Siyasətçi hazırda Gürcüstanda beş cinayət işi üzrə ittiham olunur və onlardan ikisinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Bu ilin martında isə Tbilisi Şəhər Məhkəməsi onu dövlət vəsaitlərinin mənimsənilməsinə görə 9 il həbs cəzasına məhkum edib.
Hazırda məhkəmədə onun barəsində iki digər iş – 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçməsi ilə bağlı proseslər davam edir.
Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb. Cia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Ağ Evin Prezidenti Donald Tramp 6 yanvar 2021-ci il nitqinin “Panorama” proqramında yanlış montaj edilməsinə görə BBC-dən 5 milyard dollara qədər təzminat tələb etməyi planlaşdırır.
Ermənistanın keçmiş müdafiə naziri (3 avqust - 15 noyabr 2021-ci il tarixlərində vəzifəsində çalışıb) Arşak Karapetyana qarşı cinayət işi açılıb.
Cia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Liviya Milli Birlik Hökuməti noyabrın 6-da 2015-ci ildə Beyrutda həbs edilmiş Liviya lideri (1969-2011) Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azad edildiyini elan edib.