Məhkəmə Fransanın sabiq prezidenti Nikola Sarkozini həbsdən azad edib.
Cia.Az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə LCİ telekanalı məlumat yayıb.
Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsinə qərar verib.
Qeyd edək ki, Paris məhkəməsi Fransanın 70 yaşlı keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya lideri Müəmmər Qəddafidən milyonlarla avro alınmasında təqsirli bilərək barəsində 5 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar verib.
Barəsində həbs qərarı çıxan Sarkozi həyat yoldaşı model Karla Bruninin müşayiəti ilə həbsxanaya gedib. Sabiq prezidenti onun vəkillərindən biri Kristof Enqrin də müşayiət edib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.