1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur
Son günlər bazarlarda feyxoa bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir.
Cia.az xəbər verir ki, “Yeni Sabah” sözügedən meyvənin insan orqanizminə faydalarını araşdırıb.
Mütəxəssislər bildirirlər ki, feyxoa orqanizm üçün çox xeyirlidir. Onun tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzm sistemini gücləndirir və qəbizliyin qarşısını alır. Kaliumla zəngin olduğu üçün qan təzyiqini normallaşdırır, ürək-damar sistemini qoruyur.
Feyxoa həmçinin güclü antioksidant hesab olunur. C və B qrupu vitaminləri sayəsində immuniteti möhkəmləndirir, sinir sistemini sakitləşdirir, dərinin və saçların sağlamlığına müsbət təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, feyxoa yod baxımından da zəngindir və qalxanvari vəz funksiyasını dəstəkləyir. Bu səbəbdən, xüsusən yod çatışmazlığından əziyyət çəkən şəxslərə bu meyvəni rasionlarına daxil etmək tövsiyə olunur.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər feyxoanı çox yeməsinlər. Meyvənin tərkibində şəkər miqdarı nisbətən yüksək olduğundan artıq qəbulu məsləhət görülmür. Tireotoksikozu (qalxanvari vəzin həddindən artıq aktivliyi) olan insanlar da diqqətli olmalıdırlar.
Mütəxəssislər feyxoanı təzə halda, həmçinin şirə və ya mürəbbə kimi istifadə etməyi tövsiyə edirlər. Onların fikrincə, bu meyvə payızın soyuq günlərində orqanizmi xəstəliklərdən qorumağın ən dadlı yollarından biridir.
Hazırda paytaxt bazarlarında feyxoanın bir kiloqramı orta hesabla 1,5 – 1,7 manat arasında dəyişir. Mövsümün əvvəlində qiymətlər bir qədər yüksək olsa da, məhsul bolluğu səbəbindən son günlər eniş müşahidə edilir.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.