Bakıda bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.
Cia.az Unikal-a istinadla xəbər verir ki, əvvəl 19-20 manata satılan sümüksüz ət indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manatdır.
Satıcıların sözlərinə görə, bahalaşmanın səbəbi kimi danaların azlığı göstərilir. Satıcılar bildirirlər ki, hazırda bazarlarda qoyun ətinin də qiyməti 21 manatdır.
"Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.
Mərkəzi Bank bir müddət əvvəl əhalinin kreditləşməsində risklərin azaldılması və maliyyə dayanıqlığının qorunması məqsədilə kredit limitlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Vətəndaşlar və sahibkarlar mütəmadi olaraq, ən sərfəli kredit şərtləri təklif edən bankların axtarışındadır. Azərbaycanda fəaliyyət göstərən banklar istehlak, biznes və digər kredit növləri ilə bağlı müxtəlif formalarda kredit imkanları təqdim edir.