Dünən Azadlıq prospektindəki binada yanğın zamanı dünyasını dəyişən Fərəhin babası Şövkət Məhərrəmov bu işə ciddi yanaşılmasını istəyib. O kiminsə cibi xatirinə müəyyən işlər gördüyünü, keyfiyyətsiz məhsullarla binaların bəzədilməsinin cinayətə səbəb olacağını açıqladı. Babası hadisə baş verən Fərəhin anası Günayın qucağında olduğunu və uşağın pəncərəni açanda tüstüdən boğulduğunu, anasının isə özündən getdiyini deyir. Yanğında dünyasını dəyişən Elmira Yəhyayevanın oğlu Murad Yəhyayev isə deyir ki, hadisə baş verən an ona zəng vurulub və binalarının yandığı deyilib. Evə dəfələrlə zəng vuran Murad anasından heç bir cavab ala bilməyib.
Qeyd edək ki, dünən səhər Azadlıq prospektində 16 mərtəbəli bina yanıb. Yanğın nəticəsində içərilərində uşaqlar da olmaqla 15 nəfər dünyasını dəyişib, 56 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.