banner
banner

Hərbİ

Bu gün general rütbəsi alan şəxslər kimdir?

Bu gün general rütbəsi alan şəxslər kimdir?

Xəbər veriyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Cia.az "Unikal"a istinadla bildirir ki, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslər Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanovdur.

General rütbəsi alan 34 yaşlı Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

38 yaşlı Elmir Ramazanov 2023-cü ildə Bakı Baş Gömrük İdarəsinin rəisi təyin olunub. O bundan əvvəl Dövlət Vergi Xidmətində çalışıb.

47 yaşlı Fuad Aslanov 2022-ci ildə idarə rəisi vəzifəsinə gətirilib. O bundan əvvəl müxtəlif şirkətlərdə rəhbər vəzifədə işləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.