İŞİD terrorçu qruplaşması qədim Suriya şəhəri Palmiri tam nəzarət altına alıb. Bu haqda Suriya insan hüquqları məlumatlarına istinadən Reuters xəbər verib.
Məlumatda İŞİD terror qruplaşmasının Suriyanın tarixi şəhərinə girdiyi bildirilir.
Monitorinq qrupu qeyd edib ki, döyüşçülər demək olar ki, bütün şəhəri tutublar. Şəhərin kənarlarında yerləşmiş Suriya ordusunun taleyi naməlumdur.
Daha əvvəl məlum olub ki, Palmiri bütün sakinləri təxliyyə edilmişdilər. Bundan başqa YUNESKO İŞİD terror qruplaşmasının hücumundan əvvəl yüzlərlə qədim heykəlin qədim Suriya şəhərindən təhlükəsiz yerə çıxardılmasını bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.