banner
banner

Hərbİ

DİQQƏT: Bu hərbi qulluqçulara pensiya veriləcək

DİQQƏT:

“Müddətli həqiqi hərbi xidmət zamanı səhhətində problem yaranaraq “yararsız” hesab edilən və vaxtından əvvəl tərxis olunan şəxslərə müəyyən ödənişlər həyata keçirilir. Bu ödənişlər kompensasiya deyil, əsasən sığorta mexanizmi vasitəsilə təmin olunur”.

Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Xidmət dövründə əsgər və ya çavuşun səhhətində problem yaranırsa, o, hərbi-həkim komissiyası tərəfindən müayinədən keçirilir və sağlamlıq vəziyyətinə uyğun olaraq qərar verilir. Əgər hərbi qulluqçu sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı və ya hər iki dövrdə yararsız hesab olunarsa, o, vaxtından əvvəl hərbi xidmətdən tərxis edilir. Bu halda həmin şəxslərə sığorta ödənişi tətbiq olunur”.

Üzeyir Cəfərov qeyd edib ki, belə hallarda təxminən 6 min manat civarında birdəfəlik sığorta ödənişi edilir. Bundan əlavə, hərbi qulluqçuya “yararsız” diaqnozu qoyulduqdan sonra əlillik təyin edilərsə, ona əlillik dərəcəsinə uyğun olaraq pensiya da verilir.

“Həyatını itirən hərbi qulluqçular üzrə sığorta ödənişi təxminən 11 min manat civarındadır. Ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyasının qərarı əsasında həyata keçirilir.

Çağırışçı xidmət dövründə sağlamlığını itirdikdə əvvəlcə diaqnoza uyğun birdəfəlik sığorta ödənişi edilir, daha sonra əlillik təsdiqlənərsə, aylıq pensiya təyin olunur”.

Hərbi ekspert əlavə edib ki, bu ödənişlər kompensasiya xarakteri daşımır və əsas məqsəd sağlamlığını itirən şəxslərin sosial təminatına dəstək verməkdir. O, gənclərin sağlam şəkildə hərbi xidmət keçməsi üçün daha təhlükəsiz şəraitin yaradılmasının vacibliyini də vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiyası ilə bağlı MÜHÜM XƏBƏR

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.