banner
banner

Hərbİ

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onurğa əyriliyinin müəyyən növləri və dərəcələri olan vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Bu zaman skolioz və kifozun mərhələsi nəzərə alınır.

Bu barədə Cia.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, skolioz və kifozun mərhələsi rentgenoqramlar əsasında, V.D. Çaklinin müəyyən etdiyi Kobb bucaqlarının hesablanması ilə təyin edilir.

Qeyd olunub ki, 1-ci dərəcəli skoliozu (Kobb bucağı 10 dərəcəyədək), eləcə də 1-ci və 2-ci dərəcəli kifo­zu (Kobb bucağı 50 dərəcəyədək) olan vətəndaşlar hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə yararlı hesab edilirlər.

Xidmətdən verilən məlumata görə, başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilərkən təsbit olunmuş rotasiyanın müşahidə edilmədiyi onurğanın yana əyriliyi də həqiqi struktur skoliozu kimi qiymətləndirilmir.

Belə əyrilik qamət skoliozu adlanır. Uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğa rentgenoqramında əyriliyin düzəlməsi bu halın əsas əlamətlərindəndir. Qamət skoliozu olan şəxslər də hərbi xidmətə yararlı hesab edilirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiyası ilə bağlı MÜHÜM XƏBƏR

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.