banner
banner

Dünya

Ruhanidən "Traktorsazi" ilə bağlı sərt açıqlama

Ruhanidən "Traktorsazi" ilə bağlı sərt açıqlama

İran İslam Respublikasının prezidenti Həsən Ruhani "Traktorsazi" və "Naft Tehran" arasınada baş tutan oyunla bağlı danışıb.
Ölkə başçısı Təbrizə səfəri zamanı baş verən məlum hadisələri şərh edib. 

Ruhani bildirib ki, heç kim yalan məlumatlar yayaraq azərbaycanlıların hissləri ilə oynaya bilməz:""Traktorsazi" yalnız Azərbaycan və Təbrizə deyil, bütün İran xalqına məxsus və hamımızın çempion olaraq görmək istədiyi bir klubdur. Heç kim uca İran xalqının, hələ ki qəhrəman Azərbaycan və Təbriz xalqının hissləri ilə oynaya bilməz. Bu hadisədə günahkar varsa, heç şübhəniz olmasın ki hökumət onu cəzalandıracaq", - deyə prezident qeyd edib. 

Xatırladaq ki, son tura lider kimi girən Təbriz klubu "Naft Tehran"ını qəbul edib. 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi" erməni əsilli hücumçusu Andranik Teymuryan meydandan qovulduqdan sonra ardıcıl iki qol buraxaraq heç-heçəyə razılaşıb. 

Oyundan sonra meydançada anons verilərək "Sepahan"ın heç-heçə etdiyi və "Traktorsazi"nin çempion olduğu deyilib. Bunu eşidən minlərlə azərbaycanlı sevinərək bu uğuru bayram edib. Ancaq sonradan vəziyyətin belə olmadığı məlum olub. Qəzəblənən azarkeşlərlə hüquq mühafizə orqanları arasında qarşıdurma yaranıb. Bir neçə nəfərin ölümü ilə nətiəcələnən hadislə bağlı İran prezidenti qərar qəbul edib və məsələnin araşdırılmasını tələb edib.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.