İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib? - Meyxanaçıdan AÇIQLAMA
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məşhur meyxanaçı Rüfət Kərimovu (Nasosnu) qəbul edib.
Cia.az xəbər verir ki, bu barədə Manset.az-a meyxanaçının özü məlumat verib. Onun sözlərinə görə, qəbulun səbəbi bir neçə gün əvvəl İTV kanalında yayımlanan "Milyonların Şousu" verilişindəki uğurlu çıxışı olub:
“Sağ olsun Zakir müəllim, verilişdə göstərdiyim uğurlu çıxışa və şəhərin ictimai, mədəni həyatındakı fəallığıma görə məni qəbul etdi, problemlərimlə maraqlandı. Bildirdi ki, hər hansı çətinliyim olarsa, ona müraciət edə bilərəm. Dedi ki, "50 ildir bu şəhərdə yaşayırsan, amma indiyə qədər gəlib bizdən nəsə xahiş etməmisən". Sağ olsun, məni yaxşı qarşıladı. Öz məsləhətlərini verdi. Bayramqabağı tədbirlərin və işlərin fonunda mənə vaxt ayırması mənim üçün şərəfdir. Bu da incəsənətə, sözə, ağla və savada olan diqqətdən irəli gəlir”, – deyə meyxanaçı qeyd edib.
Rüfət Kərimov əlavə edib ki, cəmiyyətdə meyxanaçılar barədə bəzən yanlış təsəvvürlər formalaşır:
“Bizdə əksər insanlar düşünür ki, meyxanaçılar narkoman, tufeyli həyat tərzi sürən insanlardır. Amma əksinə, onların arasında mənim kimi ali təhsilli insanlar da var. Mən tarix fakültəsini bitirmişəm. İTV-də həmin verilişdə iştirak etməklə göstərmək istədim ki, meyxanaçılar haqqında belə düşünmək doğru deyil. Sənətin pisi yoxdur, insanın pisi var. Bəlkə də çoxları xatırlamaz, amma mən orta məktəbdə oxuyanda sinif yoldaşlarım Samir Ağabalayev, Fadil Paşayev və Rəşad Müttəlibovla birlikdə respublika üzrə yarışlarda biliyimizlə səs salmışdıq”, – deyə o bildirib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.