Teleaparıcı Mətanət Əliverdiyeva “Gün üzü verilişinin qonağı olub. Cia.az-ın məlumatına görə, ötən gün “Gündəlik” verilişində səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə münasibət bildirən teleaparıcı göz yaşı töküb:
“Hadisə baş verəndə dəhşətə gəldim. Çox həssas insanam. Rəhbərliyə dedim ki, mən efirə çıxmaq istəmirəm. Böyüklərə nəsə olanda insan soyuqqanlı yanaşa bilir, amma körpələr... Evə gəlib uşaqlarımı qucaqlayıb öpdüm. Təsəvvür elədim ki, o analar nələr çəkib. Kimlərsə mənim verilişim vasitəsilə şou etdi. Mənə qarğış edirlər. Kiminsə alqışı ilə yaranmamışam ki, qarğışları ilə dünyadan gedim. Mənim körpə uşağıma qarğış edirlər, mənə pis təsir edir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.