banner
banner

Gündəm

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?
2026-cı il iyulun 1-dən etibarən Gürcüstanda ictimai iaşə müəssisələrində plastik qab və qablaşdırmadan istifadə məhdudlaşdırılacaq. Növbəti mərhələdə isə - 2027-ci ilin fevralından plastik qablaşdırmada olan qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi planlaşdırılır. Bu qərar plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi daşıyır və mərhələli şəkildə icra olunacaq.

Bəs oxşar yanaşma Azərbaycanda da tətbiq oluna bilərmi

Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı Cia.Az-a danışıb.

 

V.Bayramov qeyd edib ki, plastik butulkalardan istifadənin məhdudlaşdırılması təşəbbüsləri, əsasən, onların ətraf mühitə təsiri ilə bağlıdır:

"Plastik butulkaların utilizasiya prosesi uzun müddət tələb edir və bəzi hallarda ümumiyyətlə mümkün olmur. Bu səbəbdən artıq bir çox inkişaf etmiş ölkələrdə plastik butulkalardan istifadənin məhdudlaşdırılması, bəzi hallarda isə qadağan edilməsi müşahidə olunur. Təbii ki, bu proses qısa müddətdə həyata keçirilmir və hətta inkişaf etmiş ölkələrdə belə mərhələli şəkildə tətbiq edilir".

Deputat qeyd edib ki, belə dəyişikliklər müəyyən maliyyə xərcləri ilə də müşayiət olunur:

"Plastik butulkalardan şüşə butulkalara keçid həm istehsalçılar, həm də istehlakçılar üçün əlavə maliyyə yükü deməkdir. Bu baxımdan, qərarlar qəbul edilərkən həmin xərclərin də nəzərə alınmasına ehtiyac var".

V.Bayramovun sözlərinə görə, Azərbaycanda da ekoloji tələblərə uyğun olaraq müəyyən standartların tətbiqi artıq müşahidə olunur:

"Lakin digər ölkələrin təcrübəsinin tam şəkildə tətbiq olunacağı vaxt aparılan qiymətləndirmələrdən asılı olacaq. Qlobal tendensiya göstərir ki, gələcəkdə bir çox ölkələrdə plastik butulkalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və xüsusilə ictimai sahələrdə qadağaların tətbiqi mümkündür".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.