Rusiya hökuməti ölkə daxilində istifadəçi məlumatlarını saxlamayan xarici süni intellekt xidmətlərinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Məlumata görə, yeni qanun layihəsinə əsasən ChatGPT, Gemini və Claude kimi platformalar Rusiya istifadəçilərinə aid məlumatları ölkə sərhədləri daxilində saxlamaq məcburiyyətində olacaq.
Bildirilir ki, bu tələblər üç il ərzində yerinə yetirilməzsə, 2027-ci ildən etibarən həmin xidmətlərə ölkə daxilində giriş məhdudlaşdırıla bilər. Bu halda istifadəçilər OpenAI və Google kimi texnologiya nəhənglərinin süni intellekt xidmətlərindən istifadə edə bilməyəcəklər.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə bildirib ki, bu addımın məqsədi vətəndaşları rəqəmsal manipulyasiyalardan və ayrı-seçkilik yarada bilən alqoritmlərdən qorumaqdır.
Ekspertlərin fikrincə, belə məhdudiyyətlər Rusiyada yerli texnologiya platformalarının, xüsusilə Yandex kimi şirkətlərin mövqeyini daha da gücləndirə bilər./milli.az
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.