banner
banner

Gündəm

ATV rəhbərliyi Mətanətlə bağlı - qərarını verdi

ATV rəhbərliyi Mətanətlə bağlı -

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının Bədii Şurasının iclası keçirilib.

Telekanaldan verilən məlumatda bildirilir ki. Bədii Şuranın iclasında dünən yayımlanan "Gündəlik" verilişi müzakirə olunub:

"Sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyşikliyə məruz qalaraq kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib. ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkrli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar. Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verlişlərin yayımını dayandırıb, bundan başqa hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarmızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq".

Xatırladaq ki, teleaparıcının “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri mətbuatda və sosial şəbəkələrdə müzakirə obyektin çevrilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.