banner
banner

Sağlamlıq

Çərəz yeyərkən "tək bir şərt" var!

Çərəz yeyərkən "tək bir şərt" var!

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.

Çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini) və minerallar (dəmir, sink, selenium, kalsium) baxımından olduqca zəngin qidalardır.

Əsas faydaları:

Tərkibindəki doymamış yağ turşuları sayəsində xolesterol səviyyəsini normada saxlayır.

Yüksək lif nisbəti ilə bağırsaq hərəkətliliyini artırır.

Lipid, lif və protein kombinasiyası sayəsində toxluq hissi yaradır.

E vitamini sayəsində güclü iltihabəleyhinə təsir göstərir.

BMC Medicine jurnalında yayımlanan təhlillərə görə, gündə 20 qram (təxminən bir ovuc) çərəz istehlak etmək:

Ürəyin işemik xəstəliyi riskini 30%,

Xərçəng riskini 15%,

Erkən ölüm riskini isə 22% azaldır.

Gündə nə qədər yeməliyik?

Dietoloq Kristina Qarsiya Tebarın fikrincə, tibbi maneə və ya allergiya olmadığı təqdirdə çərəzlər hər gün istehlak edilməlidir. Lakin tövsiyə olunan miqdar qəti bir sərhədlə çərçivələnir: Gündə cəmi bir ovuc.

Ən böyük təhlükə televiziya izləyərkən və ya söhbət edərkən fərqinə varmadan bütöv bir paketi bitirməkdir. Bu, lazımsız yağ və kalori qəbuluna yol açır.

Çərəzləri birbaşa paketdən yemək əvəzinə salatlara, qatığa, meyvə boşqablarına və ya yulaf sıyığına əlavə edin. Bu, porsiyaya nəzarəti asanlaşdırır.

Qovrulmuş və duzlu çərəzlər dadlı olsa da, qida dəyərini qorumaq üçün hər zaman çiy (təbii) olanlara üstünlük verilməlidir.

Hər çərəzin öz üstünlüyü var. Məsələn, qoz beyin sağlığı üçün kritik olan Omeqa-3 yağ turşuları ilə zəngindir, makadamiya fındığı isə sağlam yağlarla boldur. Ən doğrusu müxtəlif çərəzlərdən ibarət qarışıq hazırlamaqdır.//Milli.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.