banner
banner

Gündəm

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

Sözügedən Xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə "ATV", "GünAz TV" və "MTV" telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.//Report



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

TDT-nin baş nazirləri Bakıda

İstanbul və Macarıstandan sonra təşkilatın Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüşü başlayır

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Ağdərədə 31 mart - 3 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.