İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi həyatını itirib.
Bu barədə İran mediası məlumat yayıb.
Qeyd olunur ki, o, martın 31-də Tehrandakı evinə edilən hücumda ağır yaralanıb. Həyat yoldaşı da eyni hücum zamanı həlak olub. Xarazi özü isə 8 gün sonra aldığı yaralardan həyatını itirib./unikal.az/
Gürcüstanda "Gürcü arzusu" partiyasının əleyhdarları inanırlar ki, bu partiya tezliklə parlament seçkilərində məğlub olan Macarıstanın "Fides" partiyasının ardınca gedəcək.
İraqdakı İslam Müqaviməti daxilindəki militant şiə qrupları həm İraq daxilində, həm də xaricində ABŞ və İsrail hədəflərinə qarşı hərbi əməliyyatlarının iki həftəlik dayandırıldığını elan ediblər.
Aprelin 7-nə keçən gecə və çərşənbə axşamı səhər saatlarında İranın bütün ərazisində, Tehrandan tutmuş ölkənin cənub sahillərinə qədər geniş bir zonada silsilə partlayışlar baş verib.
Rusiya Silahlı Qüvvələri şənbə günü, aprelin 4-ü yerli vaxtla saat 09:50 radələrində Nikopol şəhərindəki bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.