Binəqədi rayonunda yanan bina ilə bağlı hələ çox həbslər olacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün vətəndaşlarla görüşündə deyib. Abutalıbov bildirib ki, bu xəmir hələ çox su aparacaq. "Yanan binada istifadə olunmuş materialdan Türkiyə, Rusiya və bir sıra ölkələrdə istifadə olunur. Bu üzlük 546 dərəcədə əriməlidir. Üzlüyün odadavamlı olması üçün onun tərkibinə xüsusi maddə vurulur. Qazanc əldə etmək məqsədilə "Global Construction" üzlüyə həmin maddəni vurmayıb. Bundan başqa sözügedən üzlük istifadə olunarkən binanın divarına yapışdırılmalıdır. Bakıda bir çox binalarda isə belə edilməyib. Binanın divarı ilə üzlük arasında boşluq qoyulurdu. Bina alovlananda isə hava bu boşluqdan alovu boca kimi yuxarıya doğru çəkib. Bu da alovun sürətlə yayılmasına səbəb olub", - deyə mer bildirib.
Abutalıbovun sözlərinə görə, sakinlərə ödənilən kompensasiya binanın yanmasında günahkar olan şirkətlərdən cərimə ilə alınan vəsait hesabına ödənilir.
Paytaxtda poliuretan üzlüklü 140 binanın olduğunu deyən İcra başçısıdeyib ki, bunlardan 64-ü 9 və 16 mərtəbəli binalardır. Bu binalara vurulmuş üzlüklərin 10 gün ərzində söküləcək. 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq".
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.