Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mayın 19-da Azadlıq prospektində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı prokurorluqda dindirilib. Cia.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, hadisə baş verən gündən etibarən qurumun 100-ə yaxın işçisinin ifadəsi alınıb. Bu barədə baş prokuror Zakir Qaralov da dünən Azərbaycan paytaxtında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında məlumat vermişdi. İfadəsi alınan şəxslər arasında icra başçısı Xaləddin İsgəndərovun da olduğu bildirilir. Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova açıqlamasında faktı təkzib etməyib:“Bununla bağlı baş prokuror da danışmışdı. O belə bir məqamı vurğuladı ki, hadisə ilə bağlı aidiyyəti qurumların nümayəndələri dindirilməyə cəlb olunublar. Bu qurumların da rəhbərləri var. Binəqədi rayon İcra Hakimiyyətinin də bir rəhbəri var. Sözsüz ki, ona da müəyyən suallar verilməlidir. Bu çox təbii prosesdir. Amma bu o demək deyil ki, Xalid İsgəndərov istintaqa cəlb olunub. Bizim indiyə kimi 100-ə yaxın əməkdaşmız çağırılıb və onlara adi qaydada suallar verilib”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.