May ayında əfv sərəncamının imzalanıb-imzalanmayacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bununla belə, cəmiyyətdə xüsusilə rezonans doğuran məhkumlarla bağlı mümkün əfv ehtimalları müzakirə mövzusuna çevrilib. Onlardan biri də qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovdur (Dağlı).
Maraqlıdır, belə bir sərəncam imzalanarsa, o, əfvə düşə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, əfv fərdi xarakter daşıyan hüquqi aktdır və birbaşa ölkə başçısı tərəfindən imzalanır.
Ramil Süleymanov: Uşaqların hüquqlarını qorumaq valideynlərin borcudur
Onun sözlərinə görə, əfv sərəncamı adətən əvvəlcədən müəyyən hazırlıq mərhələsi ilə müşayiət olunur:
“Əfv sərəncamı ilə bağlı hər hansı planlaşdırma olduqda, bu proses adətən 2-3 ay əvvəl başlayır. Bu müddətdə ictimaiyyətə müəyyən siqnallar verilir, məhkumların ailələri və ya özləri tərəfindən Əfv Komissiyasına müraciətlər edilir. Komissiya isə daxil olan müraciətləri araşdırmağa başlayır.”
Hüquqşünas qeyd edib ki, əfv olunmaq üçün əsas meyarlar mövcuddur. Bunlardan ən vacibi məhkumun təyin olunmuş cəzanın ən azı yarısını çəkməsidir:
“Şəxsin əfvə düşməsi üçün o, cəzasının ən azı yarısını çəkməlidir. Bundan əlavə, onun cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə edilməsi, vurduğu zərərin ödənilməsi və zərərçəkmiş tərəfin şikayətinin olmaması da mühüm rol oynayır. Bunlar əfv üçün əsas müsbət göstəricilər sayılır.”
Ramil Süleymanov vurğulayıb ki, konkret olaraq Rəşad Əmirovun əfvə düşmə ehtimalını qiymətləndirmək üçün onun məhkəmə hökmünün qüvvəyə mindiyi tarix əsas götürülməlidir:
“Əgər o, təyin olunmuş 9 il 6 aylıq cəzanın yarısından çoxunu – yəni ən azı 4 il 8 ayını çəkibsə, onunla bağlı əfv üçün müraciət edilə və buna baxıla bilər. Əks halda, hazırkı mərhələdə bu hüquqi baxımdan mümkün sayılmır.”
Qeyd edək ki, əfv sərəncamları hər il müəyyən tarixlərdə – əsasən bayramlar ərəfəsində imzalanır.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.