Əməkdar artist Rəhman Rəhmanov mərhum oğlu, müğənni Emil Rəhmanoğlu ilə bağlı açıqlama verib.
Sənətçi “Deməsək olmaz” verilişində oğlunun pis vərdişlərinin onun verdiyi tərbiyə ilə əlaqəli olmadığını vurğulayıb:
“Bunu ilk dəfədir deyirəm. Mən tərbiyəsiz deyiləm ki, övladlarım da tərbiyəsiz olsun. Burada bir məsələ var. O, evlənəndən sonra evi, işi ayrı idi. Toylara, verilişlərə gedirdi, pul qazanırdı. Öz ailəsi, işi var idi. Ona nə oldusa, həmin dövrdə oldu. Mən verdiyim tərbiyə dövründə heç nə olmayıb. Əsgərliyə də yola salmışam, andiçmə mərasimində də yanında olmuşam. Onda pis vərdiş ətrafı pis olduğu üçün yarandı. Bunu biz gec bildik. Reabilitasiya mərkəzinə getdi, amma orada qalmadı.
Bizim nəsildə genetik olaraq ayaq damarlarımızda problem var. Emildə də var idi. Digər övladlarımda və məndə də var. Bu dörd mərtəbəni 20 dəqiqəyə yavaş-yavaş qalxmışam. Ayaqlarım sözümə qulaq asmır. Ayağımda çürümə gedir. Emil də o trombdan dünyasını dəyişdi. Mən bir gün tromb dərmanı içməsəm, yaşaya bilmərəm. Çünki laxtalanma baş verir. Emil də bundan dünyasını dəyişib. Bununla bağlı həkimlərin, ekspertlərin kağızı da var məndə. Emilin sadəcə əhatəsi pis idi, ondan yapışırdılar. Mən onunla hər gün toya getməyəcəkdim ki. Onu evləndirmişdim, balası var idi. Nə biləydim ki, belə olacaq”.
Qeyd edək ki, Emil Rəhmanoğlu 2023-cü ildə dünyasını dəyişib. (Axşam.az)
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.
Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə barışması haqda xəbərlərə münasibət bildirmək istəməyib.cia.az Axşam.az-a istinadən xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi aparıcının "Bildiyimə görə Roza və Elza xanımın arasında barışıq addımı var" sözlərinə belə cavab verib: