Hazırda ayrı-ayrı rayonlarda qeyri-sabit və yağıntılı hava müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi proqnozlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Avtomobil istehsalçılarının panelə yerləşdirdiyi, lakin əksər sürücülərin funksiyasını dəqiq bilmədiyi düymə əslində idarəetmədə mühüm rol oynayır. Üzərində "salonda dönən ox" işarəsi olan daxili hava sirkulyasiyası düyməsinin düzgün istifadə edilməməsi həm avtomobilin texniki göstəricilərinə, həm də sürücünün sağlamlığına təsir göstərir.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir.
Musavat.com xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.