Vaşinqton administrasiyası hesab edir ki, tək-tək insidentlərə baxmayaraq, ABŞ və İran arasında atəşkəs hazırda qüvvədədir.
Cia.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Bildiyiniz kimi, atəşkəslər heç vaxt rahat keçmir. Bəzən aşağı səviyyəli insanlar yuxarı səviyyəli insanlarla ünsiyyət qurmurlar. Bəzən insanlar səhv edirlər. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, əgər bizə atəş açılsa, cavab verəcəyik. Amma münaqişənin hazırkı vəziyyətini beş-altı həftə əvvəlki vəziyyətlə müqayisə etsəniz, düşünürəm ki, Prezidentin yaratdığı atəşkəs tam qüvvədədir".
Vens qeyd edib ki, tərəflər İranın nüvə proqramı ilə bağlı bir neçə məsələni hələ də həll etməyiblər: “Düşünürəm ki, onun (Prezident Donald Trampın-red.) İranla anlaşma memorandumu imzalayıb-imzalamayacağını dəqiq demək çətindir. Mətnlə bağlı bir neçə məsələni müzakirə edirik. Bir neçə nüvə məsələsi var - yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları və zənginləşdirmə. Buna görə də biz bunları onlarla müzakirə edirik".
Vans "iranlıların razılaşma əldə etmək istədiklərinə" əminliyini ifadə edib. "İnanırıq ki, onlar, ən azı indilik, vicdanla danışıqlar aparırlar".
Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.
ABŞ Konqresində çıxış edən Böyük Britaniya kralı III Çarlz diqqətçəkən mesajlar verib. Musavat.com xəbər verir ki, CNN-də jurnalist Stiven Robinson tərəfindən dərc olunan analitik yazıda kral III Çarlzın ABŞ Konqresindəki çıxışının gizli məna qatları təhlil olunub. Məqalədə vurğulanır ki, kral III Çarlz ənənəvi olaraq ehtiyatlı ifadə tərzinə sadiq qalsa da, bu dəfə çıxışı gözləniləndən daha açıq və mesaj yüklü olub.