Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - FOTO
Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanova ilk dəfə müsahibə verib.
Uzun müddət ictimaiyyətdən uzaq həyat yaşayan Alena "VOICE" nəşrinə açıqlamasında öz biznesindən danışıb. Məlum olub ki, o, ev tekstili brendinin yaradıcısıdır. İvanova bildirib ki, brendi yaratmaq ideyası şəxsi ehtiyacından yaranıb.
"İşə, əlbəttə ki, yataq dəstləri ilə başlamağı planlaşdırmışdım. Bu, mənim şəxsi hekayəm və brendi yaratmağımın əsas səbəbi idi. Amma satışa ilk olaraq dəsmallar çıxarıldı. Çünki onların istehsalı daha sadə idi. Keyfiyyət baxımından bunlar adətən bir neçə dəfə baha satılan məhsullarla eyni səviyyədədir. Biz isə onları daha münasib qiymətə təqdim edə bildik" deyə, Alena bildirib.
Qeyd edək ki, Araz Ağalarovun müğənni Emin Ağalarovun anası İrina Ağalarova ilə yollarını ayırdığı və daha sonra Alena İvanova ilə ailə qurduğu məlum olub. Cütlüyün birgə iki övladının olduğu bildirilir./axsam.az/
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya halları ilə bağlı 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.
Bakı Şəhər Bələdiyyə Teatrı və “Yaşıl Teatr” Konsert Kompleksi bütün əmlakı ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 22–25-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.
Polşa Baş naziri Donald Tusk Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına tənqidi reaksiya verib.
Yasamal və Yeni Yasamal bir vaxtlar paytaxtda nisbətən əlçatan qiymətə torpaq tapılan əsas ərazilərdən biri idi. Son illər isə vəziyyət dəyişib və bəzi elanlarda 4-5 sot torpaq sahəsinin qiyməti 700-800 min manata, hətta daha yüksək rəqəmlərə qədər yüksəlib. Bu artım bazarın real vəziyyətini, yoxsa süni qiymət formalaşmasını müzakirə mövzusuna çevirib.