Şuşa məscidində tikinti işləri ilə tanış oldular - FOTOLAR
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Cia.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.
Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.
Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı müzakirə edib.
“Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq”.
Azərbaycan Prezidenti İlham Əliyev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.