ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.
Cia az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Ağ Ev rəhbərinin müşavirlərindən birinin ötürdüyü məlumatda qeyd olunur ki, Tramp öz çıxışında həmçinin ABŞ-da gözlənilən seçkilərdən bəhs edəcək, ABŞ və İran Silahlı Qüvvələri arasında davam edən hərbi toqquşmalara dair son operativ məlumatları təqdim edəcək və vacib hesab etdiyi digər məsələləri diqqətə çatdıracaq.
Sözügedən müraciətin məzmununu şərh edən müşavir, "Bu, fərqli mövzuların qarışığı olacaq", - deyə vurğulayıb.
O, İran ətrafında cərəyan edən son hadisələri dəyərləndirərək əlavə edib: "Vəziyyət hər dəqiqə dəyişir, lakin o (Tramp), mütləq bu məsələyə toxunmaq istəyir".
Xatırladaq ki, bundan əvvəl Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki rəsmi hesabında iyulun 16-da axşam saatlarında xalqa müraciətlə çıxış edəcəyini anons etsə də, konkret mövzunu açıqlamayıb. Bununla paralel olaraq, "MS Now" telekanalının yaydığı məlumata görə, ABŞ prezidentinin çıxışı, xüsusilə, 2020-ci ildə keçirilmiş Amerika seçkilərinə xarici müdaxilə iddiaları ilə də bağlı olacaq.