NATO erməni ordusunu Rusiyaya qarşı savaşa hazırlayır – SENSASİON AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı diqqətçəkən açıqlama verib.
Cia.az xəbər verir ki, Zaxarova keçirdiyi brifinqdə NATO-nun Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüş əməliyyatlarının aparılması üzrə təlim keçəcəyini bildirib.
Onun sözlərinə görə, alyans Ermənistanın hərbi strukturlarını öz proqramlarına daha fəal şəkildə cəlb edir və bu proses regionda təhlükəli tendensiyalar yaradır. Zaxarova qeyd edib ki, belə addımlar Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə deyil, yeni qarşıdurma risklərinin artmasına xidmət edir.
Rusiya rəsmisi vurğulayıb ki, Moskva Ermənistanın NATO ilə əməkdaşlığının genişlənməsini diqqətlə izləyir və bu istiqamətdə baş verən proseslərə xüsusi həssaslıqla yanaşır.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.