banner
banner

Gündəm

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - FOTOLAR

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - FOTOLAR

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərinin Şuşada rəsmi açılış mərasimi olub.

Cia.az xəbər verir ki, iyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan mərasimdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri, eləcə də Türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri olduğunu deyib.

Builki poeziya günlərinin zəngin proqramına diqqət çəkən baş katib bildirib ki, bu tədbirlər həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verir.

Xalq şairi Vahid Əziz çıxışında Vaqif Poeziya Günlərinin ədəbiyyatın və mədəniyyətin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.

AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid poeziya bayramının əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra Ağdamda keçirilmiş "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı" qaliblərinin mükafatlandırma mərasimi olub.

Açılış tədbiri daha sonra bədii kompozisiya ilə davam etdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.