banner
banner

Gündəm

Nigarın şirkəti fəaliyyətini dayandırdı

Nigarın şirkəti fəaliyyətini dayandırdı

Bir qrup vətəndaş "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqdan sonra şirkət fəaliyyətini dayandırıb. 

Cia.az xəbər verir ki, şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib.

Bildirilib ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

"Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik" deyə, paylaşımda yazılıb. 

Şirkətlə bağlı məlumatların şərh bölümündə isə Nigar Fərhadın saxlanılması haqda rəylər yazılıb. Bildirilib o, müştərilərin şikayəti əsasında saxlanılıb.

Qeyd edək ki, Nigar Fərhad "Kanal S"də "Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınıb.

Könül
Musavat.com 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.