banner
banner

Gündəm

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

Yaxın illərdə bu tip sürücüsüz nəqliyyat vasitələrinin Azərbaycanda da tətbiqi mümkündürmü? Bunun üçün ölkəmizdə hansı hüquqi, texniki və infrastruktur şərtlərinin formalaşdırılması vacibdir?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtonom avtomobillərlə bağlı ilk mühüm addım artıq atılıb:

“Bu ilin iyul ayının əvvəlində Milli Məclis avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə müvafiq anlayışları daxil edib. İndiyədək qanunvericilikdə belə anlayış ümumiyyətlə mövcud deyildi. Hazırda isə bunun hüquqi bazası formalaşdırılır, aidiyyəti qurumların öhdəlikləri müəyyənləşdirilir.

Bu o demək deyil ki, sürücüsüz avtomobillər istənilən ərazidə sərbəst hərəkət edə biləcək. İlk mərhələdə onlar yalnız xüsusi icazə verilmiş zonalarda fəaliyyət göstərəcək. Dünya təcrübəsində də məhz bu model tətbiq olunur. Söhbət əsasən sərnişindaşıma xidmətlərində istifadə edilən avtonom taksilərdən gedir və onların hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməlidir”.

Ekspert əlavə edib ki, bu sistemin işləməsi üçün operator şirkət müəyyən olunmalı, onun məsuliyyəti dəqiq şəkildə tənzimlənməlidir:

“Eyni zamanda, prosesdə iştirak edən bütün tərəflərin hüquq və öhdəlikləri aydın şəkildə formalaşdırılmalıdır. Avtonom avtomobillər sensorlar, kameralar və digər texnologiyalar vasitəsilə işıqforları, yol nişanlarını, hərəkət zolaqlarını, sürət rejimini və digər yol şəraitini analiz edərək hərəkət edir. Buna görə də onların istifadəsinə başlamazdan əvvəl həm texniki sistemlər, həm də infrastruktur geniş şəkildə sınaqdan keçirilməlidir. Hazırda bu sahədə hüquqi baza artıq yaradılıb. Növbəti mərhələdə texniki infrastrukturun formalaşdırılması, operatorların müəyyən edilməsi və aidiyyəti qurumların üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi vacibdir. Bu proses tamamlandıqdan sonra dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da sürücüsüz avtomobillərin tətbiqi mümkün olacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.

Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

TƏCİLİ! Nazirlər toplandı - İclas keçirilir

Birləşmiş Millətlər Təşkilatının "Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı"na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər.

Ali Məhkəmə mühüm məlumat yaydı

Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.