banner
banner

Gündəm

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib?

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib?

2026-cı ildə dövlət idarəçiliyində bir sıra mühüm kadr dəyişiklikləri həyata keçirilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla dövlət idarəçiliyinin müxtəlif sahələrində rəhbər vəzifələrdə dəyişikliklər aparılıb.

İlin ilk yarısında imzalanan sərəncamlara əsasən bəzi vəzifəli şəxslər tutduqları postlardan azad olunub, onların yerinə isə yeni təyinatlar həyata keçirilib.

Cia.az AZXEBER.COM-a istinadən Prezident İlham Əliyevin 2026-cı ildə imzaladığı sərəncamlarla vəzifəsindən azad edilən vəzifəli şəxslərin siyahısını təqdim edir:

Prezident İlham Əliyevin 16 yanvar tarixli sərəncamı ilə Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Həmin gün imzalanan digər sərəncamla Əfqan Cəlilov ASCO-nun İdarə Heyətinin sədri təyin olunub.

 30 yanvar tarixli sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

6 fevral tarixində imzalanan sərəncamla Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Elə həmin gün Vüsal Nəsirli Agentliyin İdarə Heyətinin sədri təyin edilib.

9 fevral tarixində Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Həmin gün imzalanan digər sərəncamla Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad olunub. Daha sonra o, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

10 fevral tarixində Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri, Rəşad İsmayılov isə ekologiya və təbii sərvətlər naziri təyin olunub.

27 fevral tarixində diplomatik korpusda da kadr dəyişiklikləri həyata keçirilib. Prezidentin sərəncamı ilə Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla o, Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həmin gün Kamran Məmmədzadə Azərbaycanın Dubay şəhərində baş konsulu, Elmar Məmmədov isə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

13 aprel tarixli sərəncamla Orxan Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi təyin edilib.

23 aprel tarixli sərəncamla Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin olunub.

5 may tarixli sərəncamla Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

25 iyun tarixli sərəncamla Hüseyn Quliyev Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.