Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Cia.az xəbər verir ki, Brent etalon markalı neftin bir bareli psixoloji hədd olan 100 dolları keçərək artıq neçənci hərracdır ondan yüksək olaraq qalır. Hazırda qiymət 101 dollardan yuxarıdır. WTI neftinin qiyməti isə 93 dollara yaxınlaşır.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.
Qlobal maliyyə bazarlarında aparıcı valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində baş verən dalğalanmalar dünya iqtisadiyyatının gündəmindən düşmür. Geosiyasi gərginliklər, mərkəzi bankların faiz siyasəti və xammal bazarlarındakı qeyri-müəyyənliklər fonunda formalaşan bu dəyişikliklər milli iqtisadiyyatlara fərqli formalarda təsir göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsində idxal məhsullarının mühüm paya sahib olması valyuta bazarındakı trendlərin ölkənin daxili istehlak bazarı və qiymət dinamikası baxımından diqqətlə monitorinq edilməsini zəruri edir. Çünki xarici valyutaların dəyər qazanması və ya itirməsi birbaşa yerli bazardakı xidmət və məhsul sahələrinin maliyyə dayanıqlığına təsir etmək rıçaqlarına malikdir.