ABŞ-la İran arasında qarşıdurmanın kəskinləşməsi nəticəsində dünənki hərraclarda 90 dolları keçən neft qiymətləri yenidən azalmağa başlayıb.
Cia.az xəbər verir ki, İranın Hörmüz ətrafındakı hərbi güclərinə zərbələr fonunda neft bazarı boğazdan enerji keçidinin ciddi zərbə almayacağı qənaətinə gəlir.
Bu isə qiymətlərdə zəif də olsa enməyə səbəb olub.
Londonun ICE birjasında Brent nefti 0,80 dollar ucuzlaşaraq 88,4 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI nefti isə 0,73 dollar ucuzlaşaraq 82,5 dollara ticarət olunur.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.