banner
banner

Gündəm

Gələn il dünyada qıtlıq olacaq

Gələn il dünyada qıtlıq olacaq

Birləşmiş Millətlər Təşkilatının ("BMT") Əməliyyat Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri və BMT-nin məsələ üzrə məsul rəsmisi Xorxe Moreyra da Silva Yaxın Şərqdə artan gərginlik fonunda dünya ərzaq təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqla çıxış edib.

BMT rəsmisi ABŞ və İran arasında Hörmüz boğazı üzrə razılığın əldə olunmasının həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.

Xorxe Moreyra da Silva mövcud risklərin miqyasını vurğulayaraq bildirib: 

"Çox qısa zaman qalıb. Yaxın günlərdə Hörmüzlə bağlı ABŞ və İran arasında anlaşma olmasa, dünyada gübrə və ərzaq qıtlığı başlaya bilər. Ən azı bir neçə aylıq və ya həftəlik dəhliz yaradılmalıdır. Vəziyyət həqiqətən də çox ciddidir."

Ekspertlər də uzun müddətdir ki, bu təhlükəyə diqqət çəkirlər. Tədarük zəncirində kəsilmələr davam edərsə və yaxın vaxtlarda hər hansı diplomatik irəliləyiş baş verməzsə, gələn ildən etibarən bütün dünya dərin qida və ərzaq böhranı ilə üz-üzə qala bilər./yenisabah/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mətbuat Şurasından Türkiyənin media qurumlarına ÇAĞIRIŞ

“Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir”.

Bu məlumatları yayanlar işini itirə bilər – Rəsmi

Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.

Baş nazirdən MÜHÜM QƏRAR – 400 manatlıq güzəşt

Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarla təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na dəyişikliklər edib.