banner
banner

Sosİal

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

Tələbələri maraqlandıran məsələ:

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar.

Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərinin artırılmasının mümkün olub-olmamasıdır.

Hökumət bu addımı ata bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, tələbə təqaüdlərinin artması gözləniləndir:

"Metro xətlərinin ayrılmasından sonra xüsusilə tələbələr üçün müəyyən çətinliklər yaranıb. Onların maddi imkanları kifayət qədər deyil. Buna görə də təqaüdlərin artırılması, tələbələr üçün güzəştlər məsələləri nəzərə alınmalıdır".

Deputat vurğulayıb ki, büdcə məsələləri ilə bağlı müzakirələr zamanı tələbə təqaüdlərinin artırılması mövzusunun da qaldırılması nəzərdə tutulub:

"Növbəti il minimum, orta aylıq əməkhaqqının, müavinətlərin artması gözlənilir. Təqaüdlərlə bağlı da müsbət addımın atılacağını düşünürəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 1 sentyabr 2025-ci ildən etibarən tələbə təqaüdləri belə müəyyən edilib:

1. Doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;

2. Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 manat;

3. Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 manat;

4. Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 manat;

- akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 manat

- akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 manat.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

1030-dan çox şəxs işlə təmin olundu - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Saat 23:00-dan dəyişir: Qərar verildi

Bakıda təmir işləri ilə əlaqədar Binəqədi şosesinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Bunu etsəniz, işıq pulu 70-8- faiz azalacaq

“Mənzildə LED lampalara və lazımi nöqtələrdə hərəkət sensorlarına keçid ailənin aylıq kommunal büdcəsini optimallaşdırmaq üçün ən sadə, təhlükəsiz və qısa müddətdə özünü doğruldan "yaşıl iqtisadiyyat"a uyğun addımdır”.

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.