banner
banner

Gündəm

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Ci.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar.

"Qızıl maska" da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi "Qağayı" klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.

Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.

Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu şəxsləri 5 min manat cərimə gözləyir

Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.

Baş nazir mühüm qərar imzaladı

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Bu şəxslərə 10 gün vaxt verildi - Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.