banner
banner

Gündəm

Talıbovlar ailəsində əmlak mübahisəsi başladı -Keçmiş arvadı...

Talıbovlar ailəsində əmlak mübahisəsi başladı -Keçmiş arvadı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı ilə arasında boşanma və əmlak mübahisəsi yaranıb.

Cia.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

İddianın əsas predmetinin Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə və boşanma ilə bağlı olduğu bildirilir.

Məlumata əsasən, iddiaçı həmin əmlaklarla əlaqədar məhkəmə qaydasında hüquqlarının təmin olunmasını və mülklərlə bağlı müvafiq tədbirlərin görülməsini tələb edir.

Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbovun adı bu dəfə ailədaxili əmlak mübahisəsi ilə gündəmə gəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Bu şəxsləri 5 min manat cərimə gözləyir

Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.

Baş nazir mühüm qərar imzaladı

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Bu şəxslərə 10 gün vaxt verildi - Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.