banner
banner

Gündəm

“Qızım zəng edib dedi ki- “Ana, ölürəm, əlvida!”+ Video

“Qızım zəng edib dedi ki-

“İkinci qızım imtahana hazırlaşırdı, otaqda tüstü hiss eləyib, eşidib ki, qonşu qışqırır, “çıxın çölə, yanğın var”. Onda bayıra çıxıb, çıxanda qara his bürüyüb bloku. Camaat deyib, aşağıda yanğındır, qaçın yuxarı...” 

Bu sözləri İlhamə Məmmədova Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğında qızının başına gələnlərdən danışarkən deyib. O, həmin gün işdə olub, qızı evdə tək qalıb. Övladı yanğından xilas ola bilib:

“Biz 13-cü mərtəbədəyik, qalxıblar 15-ə. Görüblər 15-də lift işləmir, düşüblər 14-cü mərtəbəyə. Qızım lifti basıb, dayanıb bir qadınla 14-cü mərtəbədə. 14-cü mərtəbədən aşağı düşən qadın 4 yaşlı uşağı ilə elə bizim qapımızın yanında keçinibmiş. Bizim qızın bəxti gətirib ki, lift onları aşağı düşürüb. Düşüblər birinci mərtəbəyə, blokdan çıxıblar. Amma neçənci mərtəbədəndir bilmirəm, 4 nəfər 4-cü mərtəbədə qalıblar, onlar boğulublar liftdə”.

İlhamə Məmmədova qızının möcüzə ilə xilas olduğunu və qorxduğu anda ona zəng edərək vidalaşdığını bildirib. 

"Cia.az" Meydan TV-ə istinadən yanan bina sakinləri ilə söhbəti təqdim edir:

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.