Müğənni Röya Ayxana İnstaqram səhifəsində Elnur adlı şəxs söyüş yazıb. Cia.az-ın milli.az-a istinadən xəbərinə görə, sənətçi həmin şəxslə bağlı polisə müraciət edib və onu tapıb.
Daha sonra Röya həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. İfaçı Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib.
Həmin görüntüləri şəxsi səhifəsində paylaşan Röya bu sözləri yazıb: "Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi?
Kim hansı qiyməti istəyir onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən?
Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.