ATV-dən ANS-ə cavab- “Elə bil binanı biz yandırmışıq..”+Video
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva Vaqif Aydınoğlunun "Həftəsonu" verilişinin qonağı olub. Cia.az-ın məlumatına görə, o, ANS telekanalının onunla bağlı hazırladığı süjetdən bəhs edib. M.Əliverdiyeva aparıcının "Yetişdiyin kanal sənə qarşı niyə belə etdi" sualına belə cavab verib:
"18 il o kanalda çalışmışam. Heç vaxt çörəkitirən olmamışam. Amma çox təəssüfləndim ki, mən o kanalın məktəbini keçmişəm. Hamısı paxıllıqdan oldu. Burada rəqabət yoxdur. Mənə paxıllıq etdilər ki, Mətanət niyə məşhurlaşdı, niyə reytinq verir, niyə sevildi? Mənə təsir edən üzümə gülən, dar günündə yanlarında yer aldığım insanların belə addım atması oldu. Mənə dost deyirdilər. Ləman Ələşrəfqızının hazırladığı o reportaja baxmadım. Ləmanın kiminsə diktəsi ilə hazırladığı o süjet qərəzli idi. Hər zaman özünə qərəzsiz deyən telekanal kimisə ortaya qoyub, onu vurdu. Qərəzli idi, çünki mənim fikrim soruşulmamışdı. Mənim istedadım ATV-yə gələndə açılmadı ki... Deyirlər ki, biz Mətanəti işdən çıxardıq. Yalandır. Mən burada "Olaylar"da çalışanda zənglər gəlirdi ki, qayıdın, yüksək məvacib təklif edirdilər. Məni reytinq maraqlandırmır. Mənim üçün əsas odur ki, insanlara xoş olsun. Laçının işğalı günündə o kanalda "Günə baxan" verilişində dörd aparıcı reytinq üstündə bir-birini qırırdılar. Mətanətin "Gündəlik" proqramında isə Laçından danışıldı. Dəhşətli yanğın olan gün mən özüm rəhbərliyə dedim ki, efirə çıxmayacam. İnsanların fikri, diqqəti faciədən elə yönəldildi ki... Elə bil binanı mən üzləmişdim, mən yandırmışdım. Beş cümləni əllərində bayraq tutub, ATV-yə qarşı nələr etdilər. Mənim şpaqat açmağımı gündəmə gətirdilər. Əziz kanal, o vaxt sizin efirinizdə də "şpaqat" açmışdım. Niyə onda bu məsələyə bir əncam çəkmirdiniz?".
Qeyd edək ki, M.Əliverdiyevanın dediyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri sosial şəbəkədə hiddətlə qarşılanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.