banner
banner

Gündəm

Ərdoğan İlham Əliyevi təbrik etdi

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyirik. Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib.

Ölkələrimiz arasındakı ortaq dəyərlərdən güc alan bənzərsiz əlaqələrimizi “Bir millət, iki dövlət” prinsipi əsasında ən yüksək səviyyəyə çatdırmışıq. Əməkdaşlığımızın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələrimizi bütün sahələrdə daha da gücləndirir. Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq.

Əlaqələrimizin xüsusi xarakterinin göstəricisi kimi tez-tez həyata keçirdiyimiz qarşılıqlı səfərlərin və görüşlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün səviyyələrdə inkişaf etməsinə və dərinləşməsinə öz töhfəsini verəcəyi bir həqiqətdir. Bu baxımdan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı füsunkar ölkənizi bir daha ziyarət edəcəyimdən məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edib Zati-alinizə, əziz qardaşıma cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı, rifahı naminə ən gözəl arzularımı bir daha dilə gətirirəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.