Türkiyənin tanınmış siması, məşhur aparıcı, “TV8” telekanalının sahibi Acun İlıcalı növbəti transferi ilə gündəmə gəlib. Məşhur media rəhbəri Acun İlıcalı kanalı üçün yeni mövsümdə sürpriz transferə imza atıb.
Yerli mediada Acunun Türkiyədə ən reytinqli evlilik proqramı aparıcısı kimi tanınan Esra Erolla razılığıa gəldiyi haqqında xəbərlər yayılıb.
Hələlik “Fox TV”də “Esra Erolla” proqramını təqdmi edən teleaparıcının yeni mövsümdən etibarən “TV8”ə keçəcəyi qeyd edilir.
Sürpriz transfer reallaşacağı təqdirdə, teleaparıcının proqramının prodüsseriliyini edən şirkət müqavilənin şərtlərini pozduğuna görə “Fox TV”yə 5 milyon türk lirəsi (2 milyon azn) təzminat ödəyəcək.
Xatırladaq ki, Esra Erol bundan əvvəl də Türkiyənin ən qabaqcıl telekanallarında izləyicilərin görüşünə gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.