İngiltərə Premyer Liqasında geridə qalan 2014/2015 mövsümünün bombardiri müəyyənləşib.
"Mançester Siti"nin hücumçusu Serxio Aquero keçirdiyi 33 oyunda vurduğu 26 qolla birinci olub.
"Tottenhem"lə oyunda poker, QPR-lə matçda het-trik edən argentinalı futbolçu "Sanderlend", QPR, "Stok Siti" və "Mançester Yunayted"lə görüşlərdə dublla yadda qalıb. "Tottenhem"in forvardı Hari Keyn 21 qolla ikinci, "Çelsi"nin hücumçusu Dieqo Kosta isə 20 qolla üçüncü olub.
Qeyd edək ki, "Mançester Siti" 2014/2015 mövsümünü 79 xalla ikinci pillədə başa vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.