ANS-in aparıcısı Aytən Səfərovanın sözügedən telekanalda yayımlanan “Salam Azərbaycan” verilişində iki gündür dəyişiklik olub. Aparıcının canlı yayıma çıxmaması və proqramı başqalarının idarə etməsi diqqətdən qaçmayıb. A.Səfərova əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:
“İşdə güclü əsəb gərginliyi keçirtmişəm. Buna görə də bülleten götürüb, istirahətə çıxmışam. Bunun bir həftə və ya daha uzun çəkəcəyi ilə bağlı heç nə deyə bilmərəm”.
“Əsəb gərginliyinə nə səbəb oldu” sualına isə A.Səfərova “Bunu açıqlaya bilmərəm” deyə, cavab verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.