Əfqanıstanda silahlı qruplaşmalar ölkənin cənubunda yerləşən bir neçə nəzarət-buraxılş məntəqəsinə hücum ediblər. Nəticədə təhlükəsialik xidmətinin 26 əməkdaşı həlak olub. Helmand əyalətinin polis əməkdaşı bildirib ki, hücum Navzad rayonunda törədilib. Ölənlərdən 19-u polis, 7-si hərbçidir. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Qəndəhar əyalətində isə polislə 2 terrorçu arasında atışma zamanı bir mülki şəxs ölüb, 3 polis yaralanıb. Polis silahlıların gizləndiyi binanı tam mühasirəyə alıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.