Keniyadan olan cavan Feliks Kiprono ABŞ prezidenti Barak Obamanın qızına elçi çıxıb. "The Nairobian" nəşri xəbər verir ki, gənc, Mali Obamanı almaq qarşılığında ümumilkdə 150 baş olmaqla 50 inək, 70 qoyun və 30 keçi təklif edir. Gəncin işi də var. O ölkəsində vəkil işləyir və qıza böyük məhəbbət bəslədiyini iddia edir- “Mən onunla 2008-ci ildən bu yana maraqlanıram”- deyə iddialı gənc bildirir. Onun sözlərinə görə Obamanın qızına sadiqlik andı içəndən bəri heç bir xanımla münasibət qurmayıb. “Mən sirrimi ailəmə açdım və onlar mənə kömək etməyə hazırdılar”- deyə Kiprono bildirir.
O ümid edir ki, iyulda nəzərdə tutulan Keniyaya rəsmi səfəri zamanı Barak Obama ata yurduna qızını da gətirəcək. Kiprono Maliyə evlilik təklifini məhz qızın əcdadlarının diyarında etmək fikrindədir. “İnsanlar fikirləşə bilər ki, məni onun (Obamanın) ailəsinin pulları maraqlandırır, lakin bu belə deyil. Mənim sevgim əsldir”- deyə yeznəliyə namizəd iddia edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.