General qohumunun vurduğu aktrisa: "Ona "yox" deyənlərin həyatı təhlükədədir"
"Famous" karaoke-klubda hücum və təhqirə məruz qalan aktrisa Diana Babayeva Milli.Az-a bildirdi ki, rəfiqəsi Elvina Əliyevanı döyən çempion İsa Əzizov qorxulu adamdır: "İsa Əzizovun bəyənib rədd cavabı aldığı qızların həyatı təhlükədədir. Bir neçə dəfə həmin klubda qızlara qarşı kobudluq edib. İsa Əzizovun ailə üzvləri mənə zəng edərək ərizəmi geri götürməyi, görüşməyi təklif edirlər. İsanın barəsində başqa bir cinayət işi olduğundan şikayətçi olmamağımı xahiş edirlər. Onlara dedim ki, sizin böyükdən də, kiçikdən də, hər birinizdən qorxuram".
Əldə etdiyimiz məlumata görə, İ.Əzizov hələ də polisdən gizlənir. Onun əməli ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb. İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var. Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gelandewagen" markalı maşına qoyaraq aparmaq istəyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.